» » İtaliyanın baş naziri TAP-a aid yeni kəmərin ölkə ərazisində çəkilişinə icazə verib

İtaliyanın baş naziri TAP-a aid yeni kəmərin ölkə ərazisində çəkilişinə icazə verib


İtaliya Nazirlər Şurasının sədri Paolo Gentiloninin təklifi ilə 55 km-lik yeni interkonnektorun çəkilişi ilə bağlı işlərin davam etdirilməsinə razılıq verilib.

“Report” xəbər verir ki, bu barədə həmin kəmərin çəkilişini həyata keçirən “Snam” şirkəti məlumat yayıb.

Məlumata görə, Melendunyo (Leççe) ilə Mezanya (Brindisi) şəhərlərini birləşdirəcək interkonnetor Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşəcək.

Hazırda qərar icazənin verilməsi üçün Ətraf Mühit Nazirliyinə göndərilib. Daha sonra isə son razılığı vermək üçün İqtisadi İnkişaf Nazirliyə göndəriləcək.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Interesting facts scroll top