» » Türkiyədə əyalət başçısına sui-qəsddə iştirak etmiş terrorçu öldürülüb

Türkiyədə əyalət başçısına sui-qəsddə iştirak etmiş terrorçu öldürülüb


Türkiyə təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində Muş əyalətinin keçmiş başçısı Səddar Yavuza qarşı sui-qəsddə iştirak etmiş terrorçu öldürülüb.

“Report” Anadolu agentliyinə istinadən xəbər verir ki, terrorçu PKK qruplaşmasına qarşı əməliyyat Muş əyalətinin şərqində keçirilib.

Adı hələlik açıqlanmayın terrorçu 2016-cı il iyunun 7-də kuzasında bir ton ağırlığında partlayıcı olan yük maşınını idarə edib. Həmin avtomobillə terrorçular əyalət başçısını şəhid ediblər.

Türkiyə hakimiyyətinin vəziyyəti tənzimləmə cəhdlərinə baxmayaraq, terrorçu PKK qruplaşması 2015-ci ilin iyulundan terror hücumlarını bərpa edib. Həmin vaxtdan indiyədək 500 dinc sakin, təhlükəsizlik qüvvələrinin 800 əməkdaşı terrorçuların hücumları nəticəsində şəhid olub. Türkiyə təhlükəsizlik qüvvələrinin keçirdikləri antiteror əməliyyatları nəticəsində isə 10 mindən çox terrorçu ya məhv, ya da həbs edilib.

scroll top