» » Azərbaycanda manatın dövretmə sürəti artıb

Azərbaycanda manatın dövretmə sürəti artıb


Bu ilin iyun ayında Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 5,48 bənd təşkil edib.

ucarliyiq.biz Mərkəzi Bankın (AMB) hesabatına istinadən xəbər verir ki, manatın dövretmə sürəti əvvəlki ayla müqayisədə 0,22 bənd artım göstərib, ötən ilin analoji dövrü ilə müqayisədə isə 0,03 bənd azalıb. Bu il yanvarın 1-nə isə manatın dövretmə sürəti 5,2 bənd təşkil edib.

ucarliyiq.bizun analitik qrupu bildirir ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 16 il ərzində ən minimal həddi 2015-ci ilin yanvarında, yəni ilk devalvasiya ərəfəsində qeydə alınıb və 2,68-ə bərabər olub. Bu göstəricinin maksimal həddi isə 2005-ci ildə (15,72%) qeydə alınıb. Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir. İyun ayında manatın dövretmə sürətinin artması dövriyyədə olan manat kütləsinin 1,15% azalması ilə bağlıdır.

"Cari vəziyyətdə manatın dövretmə sürətinin sabitləşməsi faktının təhlili onu göstərir ki, Azərbaycanda inflyasiya və dövriyyədə olan manat kütləsində nisbi sabitlik qeydə alınıb. Belə ki, yanvar, fevral və mart aylarında inflyasiyanın sürətlənməsi və dövriyyədə olan manat kütləsinin devalvasiyaya yol açması səbəbindən sterilizasiya edilməsi manatın dövretmə sürətinin artmasına səbəb olub. Qeyd edək ki, dövriyyədə olan nağd pul kütləsinin həcmində və bu səbəbdən də manatın dövretmə sürətində yaxın aylarda ciddi dəyişiklik gözlənilmir. Həmçinin, manatın məzənnəsinin sabitləşməsi fonunda inflyasiyanın növbəti aylarda yavaşlayacağı, hətta deflyasiyaya keçməsi ehtimalı mövcuddur", - deyə analitiklər qeyd ediblər.

scroll top