» » Tbilisi şəhər məhkəməsi: Gürcüstanın ədliyyə naziri qanunu pozub

Tbilisi şəhər məhkəməsi: Gürcüstanın ədliyyə naziri qanunu pozub


Tbilisi şəhər məhkəməsi ədliyyə naziri Teya Tsulukianinin qanunu pozduğu qənaətinə gəlib.

ucarliyiq.biz Gürcüstan KİV-inə istinadən xəbər verir ki, T.Tsulukiani ictimai informasiyanın gizli tutulmasına görə birinci instansiya məhkəmədən şifahi xəbərdarlıq alıb.

"21 yanvar 1975-ci il təvəllüdlü Teya Tsulukiani İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə təqsirli bilinib və elə həmin Məcəllənin 22-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətdən azad olunub və şifahi xəbərdarlıq edilib", - məlumatda deyilir.

Nazir qərar haqqında danışmaq istəməyib.

Qeyd edək ki, T.Tsulukiani rəhbərlik etdiyi nazirlikdə əmək haqqı, mükafatlar, müavinətlər və digər xərclər barədə informasiyanı gizlətməkdə təqsirli bilinib. Maraqlıdır ki, məhkəmə qərarı olmasına baxmayaraq, Ədliyyə Nazirliyi yenə də əmək haqları, mükafatlar və ezamiyyət xərcləri və s. bu kimi xərclərinin həcmini gizlədir.

scroll top