» » Keçmiş baş nazir: “Pakistan seçicilərin təhqir edilməsinə artıq dözə bilməz”

Keçmiş baş nazir: “Pakistan seçicilərin təhqir edilməsinə artıq dözə bilməz”

Keçmiş baş nazir: “Pakistan seçicilərin təhqir edilməsinə artıq dözə bilməz”

“Bu gülünc vəziyyət 70 ildir təkrarlanır və Pakistan seçicilərin təhqir edilməsinə artıq dözə bilməz”.

“Report” “Radio Svaboda”ya istinadən xəbər verir ki, bunu hakimiyyətdən kənarlaşdırılmış, Pakistanın keçmiş baş naziri Nəvaz Şərif Ravalpindidə mitinqdəki çıxışında bildirib.

“Mənə üçüncü müddəti başa vurmağa imkan vermədilər. Pakistanda heç bir baş nazirin səlahiyyət müddətini başa çatdırmağa qoymayıblar”, - keçmiş baş nazir vurğulayıb.

O əlavə edib ki, həyatının 70 ilinin yarısından çoxunda hərbçilərin nümayəndələrinin idarə etdiyi Pakistanda seçilən baş nazirlərin heç birinin səlahiyyət müddətinin başa vurmasına imkan verilməməsi ilə bağlı debata başlamaq istəyir.

N.Şərif ölkə paytaxtı İslamabaddan Lahoradək silsilə kütləvi tədbirlər keçirir.

Qeyd edək ki, 67 yaşlı Nəvaz Şərif Pakistan Ali Məhkəməsinin qərarı ilə rüşvətxorluqda ittiham edilərək bu yaxınlarda tutduğu vəzifədən kənarlaşdırılıb. O, bu qərara görə on il ərzində dövlət və seçkili orqanlarda vəzifə tutmaq hüququndan məhrum olunub.

Xatırladaq ki, Pakistan prezidenti Məmnun Hüseyn avqustun 4-də yeni hökumətin andını qəbul edib.

Interesting facts scroll top