» » Fransanın cənubunda təbii yanğınlar zamanı 400 nəfər təxliyə olunub

Fransanın cənubunda təbii yanğınlar zamanı 400 nəfər təxliyə olunub


Fransanın cənubunda təqribən 500 hektar ərazini əhatə edən təbii yanğınlar səbəbindən azı 400 nəfər təxliyə olunub.

ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, yanğın çərşənbə günü günün ikinci yarısında Monpelye şəhərindən 40 kilometr qərbdə başlayıb.

Bundan sonra yerli hakimiyyət orqanları yanğının ocağına yaxın olan ərazidə kempinqdə və yaşayış evlərində yaşayan insanları dərhal təxliyə etmək qərarına gəlib.

Yanğınla mübarizə üçün yanğınsöndürmə xidmətinin 300 əməkdaşı hadisə yerinə göndərilib, prosesə 6 helikopter və bir neçə yanğınsöndürən təyyarə cəlb olunub. Alovu söndürmək mümkün olub.

Xəsarət alanlar barədə məlumat verilmir.

scroll top