» » AMB-nin dövriyyədə olan notlarının həcmi tarixi rekordunu yeniləyib

AMB-nin dövriyyədə olan notlarının həcmi tarixi rekordunu yeniləyib


Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədə olan notlarının həcmini açıqlayıb.

“Report” AMB-yə istinadən xəbər verir ki, hazırda bu rəqəm 500 mln. manat təşkil edir ki, bu da tarixi rekord olmaqla 7 həftə əvvəlki göstəricidən 42,86% və yaxud 150 mln. manat çoxdur.

Əvəzində notların orta illik gəlirliliyi isə 12,39%-dən 10,01%-ə düşüb.

Xatırladaq ki, AMB not emissiyasına 2007-ci ilin əvvəlindən başlayıb. İndiyə qədər qurumun dövriyyədə olan notlarının ən yüksək həcmi bu il iyunun 22-də (350 mln. manat), ən yüksək gəlirliliyi isə bu il aprelin 5-də (14,98%) qeydə alınıb.

scroll top