» » "Facebook" "YouTube" ilə rəqabət aparmaq niyyətindədir

"Facebook" "YouTube" ilə rəqabət aparmaq niyyətindədir


Dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook" ciddi şəkildə video məhsullarını inkişaf etdirmək və gələcəkdə ənənəvi televiziya və bazar nəhəngi "YouTube" ilə rəqabət aparmaq niyyətindədir.

Bu barədə ucarliyiq.biz BBC-yə istinadən xəbər verir.

Məlumata görə, "Facebook"da video üçün ayrıca lent artıq ötən il ABŞ-da istifadəyə verilib. Amma hələlik orada kiçik həcmli həvəskar videolar və ya qısa xəbər klipləri yerləşdirilib.

Şirkətin planına əsasən, vidoelenti bir çoxu "Facebook-in öz hesabına istehsal edilmiş video proqramların yerləşdiriləcəyi yeni "Watch" əlavəsi əvəzləyəcək.

Yeni funksiya ilkin olaraq ABŞ-da bir sıra istifadəçilər üçün əlyetərli olacaq, sonra isə dünyaya yayılacaq. "Watch" əlavəsi hər bir istifadəçi üçün fərdi şəkildə olacaq, ora ilk növbədə dostların bəyəndiyi proqramlar daxil olacaq.

Belə addım zamanı "Facebook-in eksklüziv tərəfdaşları reklamlara görə gəlirin 55%-nə sahib çıxacaq, yerdə qalan hissə sosial şəbəkəyə çatacaq.

scroll top