» » Azərbaycan bank sektoru bir ayda 80 min müştəri itirib

Azərbaycan bank sektoru bir ayda 80 min müştəri itirib


Azərbaycanda bank sektorunun müştəri bazası aylıq müqayisədə 80 134 nəfər və ya 1,4% azalaraq 2017-ci il iyulun 1-nə 5 612 810 nəfər təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Bank müştərilərinin 1,4%-ni və ya 78 257 nəfərini hüquqi şəxslər, 5 534 553 nəfər və ya 98,6%-ni fiziki şəxslər təşkil edib. Bank müştərilərinin 210 533 nəfər və ya 3,8%-i sahibkarlardır.

İyun ayı ərzində hüquqi şəxs olan bank müştərilərinin sayında 0,4% artım, fiziki şəxslərin sayında 1,4% azalma qeydə alınıb. Eyni zamanda sahibkarların sayında 2,4% artım müşahidə olunub.

Interesting facts scroll top