» » OPEC qlobal neft tələbatının artacağını proqnozlaşdırır

OPEC qlobal neft tələbatının artacağını proqnozlaşdırır


2017-ci ildə neftə olan tələbat orta hesabla 96,5 mln. barel/gün təşkil edəcək. ucarliyiq.biz "RBC" agentliyinə istinadən xəbər verir ki, bu proqnoz OPEC təşkilatının yeni hesabatında yer alıb.

Qeyd edək ki, bu proqnoz əvvəlki ilə müqayisədə tələbin 100 min barel/gün və ya 0,1% artacağını göstərir.

Gələn il isə neft tələbatı 97,8 mln. barel/günə çatacaq. Bu da əvvəlki proqnozla müqayisədə 100 min barel/gün və ya 0,1% çoxdur.

OPEC-in hesabatında yer alan proqnozlara əsasən, 2017-ci ildə kartel üzvü olan ölkələrdə neft hasilatı 55,6 mln. barel/gün səviyyəsində proqnozlaşdırılır.

scroll top