» » OPEC-in neft hasilatı iyulda 173 min barel/gün artıb

OPEC-in neft hasilatı iyulda 173 min barel/gün artıb


OPEC iyul ayında neft hasilatını 172,6 mln. barel/gün və ya 0,53% artıraraq 32,869 mln. barel/günə çatdırıb.

ucarliyiq.biz "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat OPEC-ın avqust ayı üçün hesabatında yer alıb.

Sənəddə bildirilib ki, neft hasilatında artım Səudiyyə Ərəbistanı, Liviya və Nigeriyanın hesabına baş tutub. İraq, Anqola və Venesuela kimi ölkələrdə isə hasilat azalıb.

Liviyanın iyul ayında hasilatı 154,3 mln. barel/gün və ya 18,2% artaraq 1,001 mln. barel/günə, Nigeriyanın isə 34,3 mln. barel/gün və ya 1,98% artaraq 1,748 mln. barel/günə çatıb. Səudiyyə Ərəbistanı isə neft hasilatını 31,8 mln. barel/gün və ya 0,31% artıraraq 10,067 mln. barel/günə çatdırıb. Bu göstərici OPEC+ anlaşmasında nəzərdə tutulandan 9 min barel və ya 0,09% çoxdur.

İran öz növbəsində neft hasilatını iyul ayında 6 900 barel/gün 0,18% artıraraq 3,824 mln. barel/günə çatdırıb. Qeyd edək ki, İran OPEC+ anlaşmasında əldə olunmuş razılığa əsasən hasilatı 4 mln. barel/günə qədər artıra bilər.

Bununla yanaşı, İraq gündəlik neft hasilatını 33,1 min barel, Anqola 19,3 min, Venesuela isə 15,8 min barel azaldıb.

Interesting facts scroll top