» » Şimali Koreya münaqişəsi Asiya fond birjası indekslərinin azalmasına səbəb olub

Şimali Koreya münaqişəsi Asiya fond birjası indekslərinin azalmasına səbəb olub

Şimali Koreya münaqişəsi Asiya fond birjası indekslərinin azalmasına səbəb olub

Asiya-Sakit Okean ölkələrinin fond birjası indeksləri Şimali Koreya münaqişəsi səbəbindən azalmağa başlayıb.

ucarliyiq.biz "İnterfax" agentliyinə istinadən xəbər verir ki, "ATP MSCI Asia Pacific" məcmu indeksi 0,7% azalma göstərib. Yaponiyanın "Nikkei 225" indeksi 0,1%, Avstraliya "ASX" 0,1%, Hindistanın "Sensex" indeksi 0,5% azalıb.

Çinin "Shanghai Composite" fond birjası indeksi 0,9%, Cənubi Koreya "KOSPI" 0,3%, Honq-Konq "Hang Seng" və Tayvanın "Taiex" indeksləri 1,4% geriləyib.

Qeyd edək ki, Şimali Koreya rəsmiləri dünən ABŞ hərbi bazasının yerləşdiyi Quam adası ətrafına raket zərbələri endirə biləcəyi açıqlamasını bir daha təkrar edib.

Interesting facts scroll top