» » Unibank” “MİDA” ilə əməkdaşlığa başlayıb

Unibank” “MİDA” ilə əməkdaşlığa başlayıb


Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tərkibində olan “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış növbəti kredit təşkilatı “Unibank” ASC olub.

Bu barədə ucarliyiq.biza MİDA-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, 25 il öncə fəaliyyətə başlamış “Unibank” bu gün 950 minə yaxın korporativ və fərdi müştəriyə xidmət göstərir, paytaxt və bölgələrdə yerləşən 32 filial şəbəkəsinə malikdir və maliyyə göstəricilərinə görə ölkənin ən uğurlu banklarından biridir.

Xatırladaq ki, “Unibank” vətəndaşlara “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış 3-cü bankdır. Daha öncə analoji müqavilələr “Kapital Bank” və “Bank BTB” ilə bağlanılıb.

scroll top