» » “Səadan” yatağında yeni quyular istismara verilib

“Səadan” yatağında yeni quyular istismara verilib

“Səadan” yatağında 1836 və 1847 nömrəli quyular qazmadan sonra istismara verilib. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qovundağ alt-Maykop Lay Dəstəsinə qazılmış quyular ştanqlı dalma nasosu üsulu ilə məhsul verib. Quyuların hər biri sutkalıq 4-5 ton neft hasilatı ilə istismar fonduna qəbul olunub.

Quyularda istismar işləri SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Interesting facts scroll top