» » Çində ağır yol qəzası 30-dan çox adamın ölümünə səbəb olub

Çində ağır yol qəzası 30-dan çox adamın ölümünə səbəb olub

Çində ağır yol qəzası 30-dan çox adamın ölümünə səbəb olub

Çinin mərkəzində yerləşən Şensi vilayətində baş verən ağır yol qəzasında 36 nəfər həlak olub, 13 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, qəza Pekin-Kunmin avtomagistralında baş verib.

Zərərçəkənlərin hamısı xəstəxanaya çatdırılıb, onlara lazımi yardım göstərilib. Hadisənin başvermə səbəbləri araşdırılır.

İlkin məlumatlara əsasən, Şendu şəhərindən (Sıçuan vilayəti) Loyan şəhərinə (Henan vilayəti) gedən avtobus tunelin girişində naməlum səbəbdən divara çırpılıb.

Çinin İctimai Təhlükəsizlik Nazirliyinin rəhbər müavini Huan Min istintaq qrupuna rəhbər təyin edilib və qrup artıq faciənin baş verdiyi yerə gedib.

Interesting facts scroll top