» » Əfqanıstanda etnik türkmənlərin sosial vəziyyəti ağırlaşıb

Əfqanıstanda etnik türkmənlərin sosial vəziyyəti ağırlaşıb

Əfqanıstanda etnik türkmənlərin sosial vəziyyəti ağırlaşıb
© Ca-news.org

Əfqanıstanın şimalındakı daşqınlar nəticəsində Çakır və Arrıkbatırlar kəndlərinin yerli türkmən əhalisi yaşayış yerindən və məhsuldan məhrum olub.

“Report” “CA-NEWS”a istinadən xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun türkmən redaksiyası məlumat yayıb.

Həmin kəndlərin sakinləri Əfqanıstan-Türkmənistan sərhədi yaxınlığında Amudərya çayının sahili boyunca məskunlaşıblar. Təbii fəlakət nəticəsində sosial vəziyyətləri çox ağır olduğundan onların yardıma ehtiyacı var.

Qeyd edək ki, Türkmənistandan xaricdə etnik türkmənlər İrandan sonra ən çox Əfqanıstan ərazisində yaşayırlar. Onlar Əfqanıstanın şimal-qərbində Özbəkistanla Türkmənistanın sərhədi boyunca məskunlaşıb və çoxlu sayda əfqanıstanlı özbəklə əhatə olunublar. Onların Əfqanıstandakı dəqiq sayı məlum deyil.

scroll top