» » Hindistan gələn ay Şimal-Cənub nəqliyyat dəhlizində iştirak formasını açıqlayacaq

Hindistan gələn ay Şimal-Cənub nəqliyyat dəhlizində iştirak formasını açıqlayacaq

Hindistan gələn ay Şimal-Cənub nəqliyyat dəhlizində iştirak formasını açıqlayacaq

Hindistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini aktivləşdirəcək İranın cənub-şərqi Sistan-Bəlucistan ərazisindəki dəmiyolu layihəsində (Çabahar-Zahedan) hansı formada iştirak edəcəyini sentyabr ayında rəsmən bildirəcək.

ucarliyiq.biz-in "Portnews" saytına istinadən verdiyi məlumata görə, bunu Hindistanın avtomobil nəqliyyatı, avtomobil yolları və gəmiçilik naziri Şri Nitin Qadkari İranın yollar və şəhər inkişafı naziri Abbas Axundi ilə görüşü zamanı bildirib. Tərəflər həmçinin Çabahar-Zahedan dəmir yolu layihəsinin maliyyələşdirilməsi məsələsini də müzakirə ediblər.

Görüş zamanı A.Axundi İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə yüklərin Hindistan və İran körfəzi regionundan Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasını nəzərdə tutan Çabahar-Zahedan dəmir yolu ilə bağlı əldə edilmiş razılaşmalar barədə məlumat verib.

"Şimalda İranın tranzit nəqliyyat dəhlizlərinin rəqabət üstünlüklərinin artırılması üçün Hindistanın mallarına 50% həcmində endirim tətbiq edilməsinə dair razılıq əldə etmişik. Bu, birtərəfli endirim deyil. Bu, qeyd edilən dəhlizi digər rəqabətli dəhlizlər sırasında daha yaxşı təşviq etmək üçün İran, Azərbaycan və Rusiya arasında əldə edilmiş çoxtərəfli razılaşmadır", - deyə iranlı nazir əlavə edib.

Bundan başqa, Hindistan İranın cənub-şərqində yerləşən və Pakistanı ötməklə, Hindistanın Əfqanıstana çıxışına imkan verən strateji Çabahar limanının inkişafına 150 mln. dollar ayırmaq barədə razılıq verib. Hindistan həmçinin Çabahara 85 mln. dollar sərmayə də yatıracaq.

Xatıradaq ki, İran bu dəmiryolu layihəsinin inşası üçün 2016-cı ildə Hindistanla müqavilə imzalayıb. Hindistanın "IRCON" dövlət şirkəti dəmir yolunun Çabahardan Zahedana qədər olan 500 km-lik hissəsini tikmək barədə razılıq verib. Bu hissəsinin tikintisi üçün 1,6 mlrd. dollar ayrılıb.

scroll top