» » TAP-ın ötürmə gücü artırıla bilər

TAP-ın ötürmə gücü artırıla bilər

TAP-ın ötürmə gücü artırıla bilər
© Tap-ag.com

“Trans-Adriatik Boru Kəmərinin (TAP) illik ötürmə gücünün ikiqat artırılması imkanı var”.

“Report” xəbər verir ki, bu barədə “TAP AG”nin rəsmi “Twitter” səhifəsində qeyd edilib.

Məlumatda deyilir ki, kəmər çəkilərkən bu üstünlük nəzərə alınıb: “Baxmayaraq ki, TAP ilkin mərhələdə 10 mlrd. kubmetr qazı Avropaya daşıyacaq, kəmərin tutumunun ikiqat artırılması nəzərdə tutulub”.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

scroll top