» » Əfqanıstanda NATO-nun bombardmanı nəticəsində 16 nəfər ölüb

Əfqanıstanda NATO-nun bombardmanı nəticəsində 16 nəfər ölüb


Əfqanıstanda NATO-ya aid pilotsuz uçuş aparatı vasitəsilə endirilən hava zərbələri nəticəsində 16 dinc sakin ölüb.

“Report” “Tolo News”a istinadən xəbər verir ki, hadisə Nanqahar əyalətinin Xaska Mina rayonunda olub.

Bombardman nəticəsində ölənlərin çoxu qadın və uşaqdır.

Əyalət qubernatorunun nümayəndəsi Attaulla Xoqiani qurbanlarla bağlı informasiyanı təsdiqləsə də, onların mülki sakin olub-olmamaları barədə məlumat verməyib.

Qeyd edək ki, bu ilin iyulunda ABŞ-ın aviazərbələri nəticəsində Əfqanıstanın 16 polis əməkdaşı ölüb.

Interesting facts scroll top