» » Rusiyanın Türkiyəyə pomidor embarqosu bu ölkəyə 2 mlrd. dollara başa gəlib

Rusiyanın Türkiyəyə pomidor embarqosu bu ölkəyə 2 mlrd. dollara başa gəlib


Türkiyənin Rusiyaya ixrac etdiyi pomidorlara qoyulan embarqo nəticəsində yaranmış itkilərinin həcmi 2 mlrd. dollar təşkil edib.

ucarliyiq.biz-in rus mətbuatına istinadən yaydığı məlumata görə, bunu Rusiyanın Milli Meyvə-Tərəvəz İttifaqının analitiki Kirill Laşin deyib.

Onun sözlərinə görə, əvvəllər Rusiya Türkiyədə yetişdirilən pomidorların təxminən 40%-ni alırdı.

"2016-cı ildə Rusiyada pomidor istehsalı 18% artıb."Bununla da, ölkənin bu bitki ilə özünü təminetmə dərəcəsi təqribən 40%-a çatıb", - deyə K. Laşin əlavə edib.

O həmçinin qeyd edib ki, Rusiya bazarı bağlandıqdan sonra, Türkiyədən olan istehsalçılar ixrac məshullarının bir hissəsini Belarusa yönəldiblər: "Rusiyada türkiyəli tədarükçülərin yerini qismən Çin doldurmağa müvəffəq oldu. Azərbaycan ixracını iki dəfə, Mərakəş isə təxminən üç dəfə artırdı, Belarus da buna bir qədər nail oldu".

Xatırladaq ki, avqustun 7-də Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev ölkənin Türkiyə pomidorlarını almağa hazır olmadığını bildirib. Bundan sonra avqustun 9-da Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi isə bəyan edib ki, Rusiya bir sıra kənd təsərrüfatı məhsullarına, o cümlədən pomidora tətbiq etdiyi ticari məhdudiyyəti aradan qaldırmasa, rəsmi Ankara da cavab tədbirləri görəcək.

scroll top