» » "Morgan Stanley": Funt və avronun məzənnəsi bərabərləşəcək

"Morgan Stanley": Funt və avronun məzənnəsi bərabərləşəcək


Avro və funt sterlinqin ABŞ dolları ilə müqayisədə məzənnələri bərabərləşəcək. ucarliyiq.biz "Reuters" agentliyinə istinadən xəbər verir kİ, belə proqnozla ABŞ-ın nüfuzlu "Morgan Stanley" investisiya bankı çıxış edib.

Bank avro ilə bağlı proqnozlarını dəyişərək 2018-ci ilin əvvəlində USD/EUR məzənnəsinin 1,25-ə yüksələcəyini və tarixində ilk dəfə funt sterlinqlə paritetə çatacağını ehtimal edir.

"Morgan Stanley" həmçinin Meksika pesosu üzrə proqnozlarını azaldıb. Bankın hazırladığı proqnozda bildirilir ki, Meksikada dolların məzənnəsi 20 pesoya yüksələcək. Pesonun zəifləməsi qarşıda gələn seçkilərlə əlaqədar baş verəcək.

Interesting facts scroll top