» » Azərbaycan ilin əvvəlindən 4,6 mlrd. dollarlıq xam neft və neft məhsulu ixrac edib

Azərbaycan ilin əvvəlindən 4,6 mlrd. dollarlıq xam neft və neft məhsulu ixrac edib

Azərbaycan ilin əvvəlindən 4,6 mlrd. dollarlıq xam neft və neft məhsulu ixrac edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 11,414 mln. ton xam neft ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 7 ay ərzində ixrac edilmiş “qara qızıl”ın dəyəri isə 4,43 mlrd. ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycandan ixrac edilmiş neft məhsullarının həcmi isə 476 mln. ton olub. Həmin məhsulları ölkəyə 178 mln. dollar vəsait gətirib.

Ümumi ixracda xam neft 72%, neft məhsulları isə 2,9% paya malik olub.

scroll top