» » ABŞ son 25 ildə Əfqanıstanın təhlükəsizlik qüvvələrinə 76 milyard dollar ayırıb

ABŞ son 25 ildə Əfqanıstanın təhlükəsizlik qüvvələrinə 76 milyard dollar ayırıb


Son 25 ildə ABŞ Əfqanıstanın təhlükəsizlik qüvvələrinə dəstək proqramı çərçivəsində 76 milyard dollar vəsait ayırıb.

ucarliyiq.biz “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hesablama Palatasının hesabatında bildirilib.

Məlumata görə, vəsait əsasən 600 min odlu silahın, 76 min nəqliyyat vasitəsinin, 208 helikopterin alınmasına xərclənib.

Bundan başqa, Əfqanıstan hərbçilərinə partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün 30 min cihaz, 16 min kəşfiyyat aparatı, o cümlədən pilotsuz uçuş aparatları verilib.

scroll top