» » Tramp: "KXDR ABŞ-ı təhdid etməkdə davam etsə peşman olacaq"

Tramp: "KXDR ABŞ-ı təhdid etməkdə davam etsə peşman olacaq"

Tramp: "KXDR ABŞ-ı təhdid etməkdə davam etsə peşman olacaq"
© AP Photo / Ahn Young-joon

ABŞ prezidenti Donald Tramp bildirib ki, KXDR ABŞ-ı təhdid etməkdə davam etsə, peşman olacaq.

ucarliyiq.bizun məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.

Xəbərdə bildirilir ki, Ağ Ev rəhbəri bunu keçirdiyi mətbuat konfransında bildirib.

"Əgər (Kim Çen In - red) açıq formada daha bir təhlükə ilə təhdid etsə və ya Quam yaxud Amerika ərazisindəki digər yerlər, onun müttəfiqləri barəsində nəsə etsə, o, tezliklə buna görə tamamilə peşman olacaq", - deyə ABŞ lideri mətbuat konfransında bildirib.

Tramp ümidvar olduğunu bildirib ki, KXDR hakimiyyəti yaranmış vəziyyətin ciddiliyini başa düşür.

"Ümid edirəm ki, onlar dediklərimi ciddi başa düşürlər. Bu sözlər olduqca sadəcə başa düşüləndir", - deyə "Reuters" agentliyi onun sözlərindən sitat gətirib.

Interesting facts scroll top