» » "Technol" şirkəti ixracata başlayıb

"Technol" şirkəti ixracata başlayıb


Azərbaycan və Qafqazın ilk müasir mühərrik yağları istehsalçısı olan "Technol" şirkəti öz məhsullarını artıq xarici bazara çıxarmağa başlayıb.

ucarliyiq.biz xəbər verir ki, 7 ay öncə yerli bazara ilk məhsullarını təqdim edən "Technol" şirkəti qısa zaman ərzində böyük inkişaf yolu keçərək, artıq məhsullarını ölkə xaricində də satmağa başlayıb. Şirkətin məhsullarını ilk ixrac etdiyi ölkələr Türkiyə və Gürcüstan olub.

Şirkətdən bildiriblər ki, bundan başqa bir neçə xarici ölkələrlə də danışıqlar yekunlaşmaq üzrədir və yaxın zamanlarda "Technol" məhsulları daha bir neçə ölkəyə ixrac olunacaq.

Qeyd edək ki, bu hadisə Azərbaycan tarixində bir ilkdir. Belə ki, qeyd olunan ixracatla xarici ölkələrdə ilk dəfə olaraq Azərbaycan markalı mühərrik yağları satışa çıxarılıb.

scroll top