» » DGK: "Sınıq Körpü" gömrük postunda sıxlıq aradan qaldırılıb

DGK: "Sınıq Körpü" gömrük postunda sıxlıq aradan qaldırılıb


Azərbaycan-Gürcüstan sərhədində yaranan sıxlıq tam aradan qaldırılıb. ucarliyiq.biz bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən məlumar verir.

Qeyd edək ki, həftənin istirahət günləri ilə əlaqədar olaraq, bu gün səhər Azərbaycan-Gürcüstan sərhədində sərnişinlər və nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub və səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda nisbi sıxlıq yaranıb.

"DGK-nin aidiyyəti qurumları dərhal gücləndirilmiş iş rejiminə keçib və görülən müvafiq tədbirlər nəticəsində qısa zaman kəsiyində gömrük postunda sıxlıq tam aradan qaldırılıb. Hazırda Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" sərhəd-gömrük keçid məntəqəsi normal iş rejimində fəaliyyət göstərir", - deyə Komitədən bildirilib.

scroll top