» » Rusiya 10 ilə elektromobillərə keçəcək

Rusiya 10 ilə elektromobillərə keçəcək

Rusiya 10 ilə elektromobillərə keçəcək

Rusiyanın elektromobillərə tədricən keçidi prosesi yaxın 10 ildə baş tutacaq. ucarliyiq.biz "Vestifinance" saytına istınadən xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Maksim Sokolov "Rossiya24" telekanalına bildirib.

"Artıq Moskvada pilot layihə icra olunmağa başlayıb. Laiyhə tamamlanandan sonra digər şəhərlərdə də yeni nəsil avtomobillərin hərəkət etməsi təmin olunacaq", - deyə nazir qeyd edib. M.Sokolov bildirib ki, bütün ölkədə zəruri infrastruktur yaradılmalıdır. Enerjidoldurma stansiyaları tikilməli, elektromobillərin istifadəsi üçün parklanma ödənişlərində endirim, vergi rüsumlarında güzəştlər kimi stimullaşdırıcı addımlar atılmalıdır. Həmçinin bu tip avtomobil sahibləri nəqliyyat vergisindən azad olunmalıdır.

Qeyd edək ki, "IHS Markit" araşdırma şirkətinin məlumatına görə, 2060-cı ilə qədər hazırda 1% olan qlobal avtomobil parkının 65%-ni elektromobillər təşkil edəcək. Həmçinin xatırladaq ki, hazırda dünyanın ən iri elektromobil bazarı və istehsalçısı Çin sayılır. Onu Yaponiya və Avropa İttifaqı izləyir.

Dünyanın ən varlı insanlarından biri, məşhur investor Uorren Baffet Çinin "BYD" avtomobil şirkətinə investisiya qoyub və hazırda bu şirkət qlobal elektromobil bazarının 15%-nə sahibdir və elektromobil istehsalında dünya lideridir. Onu 11% bazar payına sahib olan "Tesla" şirkəti təqib edir.

Elektromobil satışında isə lider "Tesla 3" modelidir. Sonrakı yerləri "Nissan Leaf" və "BYD Tang" modelləri tutur.

scroll top