» » İraqdakı Kürdüstan muxtariyyəti müstəqilliklə bağlı referendumu təxirə salmayacaq

İraqdakı Kürdüstan muxtariyyəti müstəqilliklə bağlı referendumu təxirə salmayacaq

İraqdakı Kürdüstan muxtariyyəti müstəqilliklə bağlı referendumu təxirə salmayacaq

İraqın şimalında yerləşən Kürdüstan muxtariyyətinin rəhbərliyi müstəqilliklə bağlı referendumu təxirə salmamaq barədə qərar qəbul edib.

ucarliyiq.biz xarici KİV-lərə istinadən xəbər verir ki, bunu muxtariyyətin nümayəndəsi Xoşiyar Zebari bildirib.

O vurğulayıb ki, referendum əvvəldən elan olunduğu kimi, sentyabrın 23-də keçiriləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın dövlət katibi Reks Tillerson İraqdakı Kürdüstan muxtariyyətinin rəhbəri Məsud Barzani ilə telefon danışığında referendumu təxirə salmağa çağırmışdı.

scroll top