» » İsveçdə atışma olub: xəsarət alanlar var

İsveçdə atışma olub: xəsarət alanlar var

İsveçdə atışma olub: xəsarət alanlar var
© N-z.tv

İsveçin Malmö şəhərində naməlum şəxs həmkarlar ittifaqının binasına atəş açıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə "Aftonbladet" polisə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, hadisə zamanı 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı binada təxminən 100 nəfər olub. Ərazidə hüquq-mühafizə orqanlarının və təcili yardımın əməkdaşları işləyir.

"Sydsvenskan" isə hadisə ilə bağlı hələlik heç kimin saxlanılmadığını bildirib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

scroll top