» » Konqo Demokratik Respublikasında 117 nəfər vəbanın qurbanı olub

Konqo Demokratik Respublikasında 117 nəfər vəbanın qurbanı olub


Ötən ay Demokratik Respublikasında 117 nəfər vəbanın qurbanı olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd olunur ki, iyunun 11-dən başlayan vəba epidemiyası zamanı 3140 nəfər bu xəstəliyə yoluxub. Onlardan 117-inin həyatını xilas etmək mümkün olmayıb.

Xəstəliyin ölkənin digər bölgələrinə yayılması riskinin mövcud olduğu bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, keçən il ölkədə vəbaya yoluxan 517 nəfər həyatını itirib.

scroll top