» » İraqda 4 polis əməkdaşı terrorçular tərəfindən öldürülüb

İraqda 4 polis əməkdaşı terrorçular tərəfindən öldürülüb


İŞİD terrorçularının İraqın şərqindəki Diyala vilayətindəki polis postuna hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 4 əməkdaşı öldürülüb.

ucarliyiq.bizun məlumatına görə, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Polkovnik Həbib əş-Şemri agentliyə bildirib ki, İŞİD terrorçuları Ən-Nədadakı neft müəssisəsində yerləşdirilmiş polis postuna hücum ediblər. Silahlılar hücumdan sonra qaçıb gizləniblər.

Terrorçular son vaxtlar Diyalanın neft sənaye mədənlərinə hücumları fəallaşdırıblar.

Interesting facts scroll top