» » "Aş-Şabab" qruplaşmasının rəhbərlərindən biri Somali hökumətinin tərəfinə keçib

"Aş-Şabab" qruplaşmasının rəhbərlərindən biri Somali hökumətinin tərəfinə keçib

"Aş-Şabab" qruplaşmasının rəhbərlərindən biri Somali hökumətinin tərəfinə keçib

"Aş-Şabab" qruplaşmasının keçmiş rəhbərlərindən biri Muxtar Robou Əbu Mənsur Somali hökumətinin tərəfinə keçib.

“Report” xəbər verir ki, bu barədə "Reuters" hərbi məmura istinadən məlumat yayıb.

Qeyd olunur ki, ABŞ 2 ay əvvəl onun tutulması üçün vəd etdiyi 5 milyon dolları pul mükafatını ləğv edib. Əbu Mənsur "Robou" adı ilə məşhurdur. O, "Aş Şabab"ın nümayəndələrindən və keçmiş başçılarından biridir.

"Robou və onun 7 cangüdəni hazırda Huddur şəhərində yerli məmurlarladır. O, tezliklə təyyarə ilə Moqadişoya göndəriləcək" – deyə polkovnik Nur Məhəmməd agentliyə bildirib.

Somalidə beynəlxalq terror təşkilatı "Əl-Qaidə" ilə sıx əlaqələrə malik olan "Aş Şabab" ("Gənc mücahidlər hərəkatı") qrupu artıq bir neçə ildir fəaliyyət göstərir.

scroll top