» » Quam adası sakinləri səhvən təhlükə haqqında xəbərdarlıq edilib

Quam adası sakinləri səhvən təhlükə haqqında xəbərdarlıq edilib

Quam adası sakinləri səhvən təhlükə haqqında xəbərdarlıq edilib

Koreya Xalq Demokratik Respublikasının raket buraxmaqla hədələdiyi Quam adasının iki radiostansiyası səhvən ada sakinlərini təhlükə haqqında xəbərdarlıq edib.

ucarliyiq.bizun məlumatına görə, bu haqda "The Guardian" qəzetinə istinadən "TASS" xəbər verib.

Nəşrin məlumatına görə, Quamın radio dinləyiciləri yerli vaxt saat 00:25-də qeyri-müəyyən təhlükə barədə xəbərdar ediliblər. Qeyd edilir ki, həyəcan 15 dəqiqə davam edib.

Ada hakimiyyətinin bəyanatına əsasən, radio dinləyicilərinin təhlükə haqqında aldığı xəbərdarlıq fövqəladə vəziyyət halında əhalinin bildiriş alması sisteminin plandan kənar yoxlaması olub. Həmçinin qeyd edilir ki, hakimiyyət gələcəkdə belə hadisə təkrarlanmayacağına əmin olmaq üçün radiostansiyaların rəhbərliyi ilə söhbət aparıb.

Interesting facts scroll top