» » Bakı-Almatı reysini yerinə yetirən təyyarə geri dönməli olub - YENİLƏNİB

Bakı-Almatı reysini yerinə yetirən təyyarə geri dönməli olub - YENİLƏNİB


Bu gün saat 12:50 radələrində Bakı-Almatı reysini yerinə yetirən Qazaxıstanın "Air Astana" aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan sonra yenidən Bakı hava limanına qayıtmalı olub.

ucarliyiq.biz-in "Air Astana" aviaşirkətinin Bakı nümayəndəliyindən əldə etdiyi məlumata görə, hadisəyə səbəb təyyarədə yaranan texniki problemlər olub.

"Bakıya qayıdan sərnişinlərin təyinatı üzrə çatdırılması məqsədi ilə Azərbaycan paytaxtına Qazaxıstandan əlavə təyyarə göndərilib. Aviareysin bu axşam saat 21:30-da yerinə yetirilməsi nəzərdə tutulub", - deyə nümayəndəlikdən bildirilib.

Interesting facts scroll top