» » Saakaşvili Avropanın bir neçə ölkəsinin ona vətəndaşlıq verməyə hazır olduğunu bildirib

Saakaşvili Avropanın bir neçə ölkəsinin ona vətəndaşlıq verməyə hazır olduğunu bildirib

"Avropanın bir neçə ölkəsi mənə vətəndaşlıq verməyə hazırdır, lakin təkliflərdən imtina etmişəm və Ukraynaya qayıtmağa hazırlaşıram".

ucarliyiq.bizun məlumatına görə, bunu Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili özünün "facebook" səhifəsində yazıb.

"Bildiyiniz kimi sentyabrın 10-da Ukraynaya qayıdacam. Çoxları mənə bunu etməyi məsləhət görmür. Bir neçə Avropa ölkəsi mənə vətəndaşlıq verməyi təklif ediblər. Burada işsiz qalmayacam. Ancaq yadımdadır ki, oliqarx İvanişvili də hakimiyyəti dövründə mənim barəmdə cinayət işi qaldırmışdı ki, Gürcüstanda siyasətlə məşğul ola bilməyim. Eynilə Poroşenko da belə fərman verib və məni Gürcüstana qaytarmaqla təhdid edir. Ukrayna-Polşa sərhədində görüşənədək", - deyə Saakaşvili yazıb.

Interesting facts scroll top