» » Əfqanıstanın paytaxtı Kabildə partlayış olub

Əfqanıstanın paytaxtı Kabildə partlayış olub

Əfqanıstanın paytaxtı Kabildə partlayış olub

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış törədilib.

ucarliyiq.bizun məlumatına görə, bu barədə "Reuters" şahidlərə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, partlayış siqnalizasiyanın işə düşməsinə səbəb olub. Hadisənin baş verdiyi ərazidə bir neçə ölkənin səfirliyi yerləşir. Partlayışdan əvvəl ABŞ-ın bu ölkədəki səfirliyinin raket atəşi xəbərdarlığı üçün istifadə etdiyi siqnalizasiya işə düşüb.

Agentliyin məlumatına görə, partlayış ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların Əfqanıstandakı qoşunları barədə planlarını açıqlamaqla bağlı çıxışından bir neçə saat törədilib.

"Sinxua" agentliyi isə partlayışın diplomatik binaların olduğu ərazidə, yerli vaxtla saat 22:10-da törədildiyini xəbər verib.

Dağıntılar və ya tələfat barədə məlumat verilmir.

Interesting facts scroll top