» » Türkiyənin tanınmış siyasətçisi MHP-dən istefa verib

Türkiyənin tanınmış siyasətçisi MHP-dən istefa verib


Türkiyə siyasətinin tanınmış simalarında biri olan Koray Aydın Milliyyətçi Hərəkat Partiyasından (MHP) istefa verib.

“Report” "Hurriyet"ə istinadən xəbər verir ki, bunu o, avqustun 22-də rəsmən açıqlayıb.

K.Aydın bildirib ki, MHP-dən bir müddət əvvəl istefa vermiş Meral Akşenerin quracağı partiyada təmsil olunacaq.

Qeyd edək ki, Koray Aydın Türkiyə Böyük Millət Məclisinə 19, 21, 24 və 25-ci çağırışlarda millət vəkili seçilib. 2015-ci il iyunun 9-dan 2015-ci il noyabrın 1-dək Türkiyə Böyük Millət Məclisi sədrinin müavini olub.

Interesting facts scroll top