» » Qətər il yarım əvvəl geri çağırılmış səfirini yenidən İrana göndərir

Qətər il yarım əvvəl geri çağırılmış səfirini yenidən İrana göndərir


Qətər hakimiyyəti il yarım əvvəl geri çağırılmış səfirinin yenidən İrana qaytarılması barədə qərar qəbul edib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü axşam əmirliyin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Qətər dövləti bəyan edir ki, əmirliyin səfiri tezliklə Tehranda öz diplomatik vəzifələrinin icrasına başlayacaq", - deyə məlumatda qeyd olunur.

Bəyanatda, həmçinin vurğulanır ki, əmirlik İran İslam Respublikası ilə "bütün sahələrdə" ikitərəfli münasibətləri möhkəmləndirmək niyyətindədir.

Interesting facts scroll top