» » AMB-nin not hərracında tələb təklifi 3 dəfə üstələyib

AMB-nin not hərracında tələb təklifi 3 dəfə üstələyib

AMB-nin not hərracında tələb təklifi 3 dəfə üstələyib
© Report.az

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 150 mln. manat həcmində, 28 gün tədavül müddəti olan diskontlu notlarının (50100161S) yerləşdirilməsi üzrə hərrac keçirilib. “Report” bu barədə Birjaya istinadən xəbər verir.


Hərrac zamanı 17 investor tərəfindən qiyməti 99,2278 manat (10,01%) olan 25 sifariş təqdim edilib.


AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99,2278 manat (10,01%), orta ölçülmüş qiyməti 99,2278 manat (10.01%) müəyyən edilib. Sifarşlərin nominal qiymətlə ümumi məbləği 480 710 600 manat, yerləşdirilmiş həcmi isə 150 mln. manat təşkil edib. Beləliklə, hərracda tələb təklif 3,2 dəfə üstələyib.


Notların ödəmə tarixi 11 oktyabr 2017-ci ildir. 

Interesting facts scroll top