» » Rusiya Mərkəzi Bankı kriptovalyutalara qarşı çıxış edir

Rusiya Mərkəzi Bankı kriptovalyutalara qarşı çıxış edir


Rusiya Bankı (Mərkəzi Bank) kriptovalyutaların pul əvəzedicisi kimi istifadə edilməsinə icazə verməyəcək.


ucarliyiq.biz "Vestifinance" saytına istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Bankının rəhbəri Elvira Nabiullina Moskva maliyyə forumunda çıxış edib. E.Nabiullina bildirib ki, kriptovalyutaların pul əvəzedicisi kimi istifadəsi pul dövriyyəsinə zərər verə, köçürmələrin anonimliyi səbəbindən risk yarada bilər.


Baş bankir kriptovalyutalardan pul əvəzedicisi kimi istifadənin terrorizmin maliyyələşməsi və qeyri-qanuni gəlir əldə edilməsi kimi risklər yaradır. Rusiya Bankı kriptovlayutalardan ancaq mal və xidmətlərə görə hesablaşmalarda istifadə olunmasını təklif edib.


E.Nabiullina kriptovalyutaların qiymətində son zamanlar müşahidə olunan kəskin artımla bağlı xəbərdarlıq da edib: "Bu texnologiyaların bir çoxu tərəfimizdən tənzimlənə bilmir, çünki onlar dövlətdənkənar xarakter daşıyır".

Interesting facts scroll top