» » “Azərsu” 4 lot üzrə tender keçirir

“Azərsu” 4 lot üzrə tender keçirir

“Azərsu” ASC özünün daxili vəsaiti hesabına polad, polietilen boru və fitinqlərin alınması üçün açıq tender elan edib.


ucarliyiq.biz-in dövrü mətbuata istinadən verdiyi məlumata görə, müsabiqə 4 lot üzrə keçirilir. Lot-1 üzrə polad boru və fitinqlərin, lot-2 üzrə polietilen boruların, lot-3 üzrə polietilen borular üçün fitinqlərin, lot-4 üzrə isə polietilen koruge borularının satın alınması nəzərdə tutulur. 


Tenderdə hər lot üçün iştirak haqqı 300 manat təşkil edir.


İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2 oktyabr saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə 10 oktyabr saat 16:00-a qədər Bakı şəhəri, Moskva prospekti,67, “Azərsu” ASC-nin Satınalmaların təşkili və idarə olunması Departamentinə təqdim etməlidir.


İddiaçıların təklifləri 11 oktyabr saat 16:00-da göstərilən ünvanda açılacaq.

Interesting facts scroll top