» » İsveçdə təlimlər zamanı polşalı dənizçi həlak olub

İsveçdə təlimlər zamanı polşalı dənizçi həlak olub


Polşadan olan dənizçi sentyabrın 8-də İsveçdə başlayan "Northern Coasts-2017" beynəlxalq təlimləri zamanı həyatını itirib.


ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələri İdarəsinin mətbuat üçün yaydığı məlumatda bildirilir.


"Northern Coasts-2017" təlimlərinin bir mərhələsi zamanı iki polşalı dənizçi Karlskruna limanında suya düşüb. Onlardan biri ölüb", - deyə məlumatda qeyd olunur.


İnsident Bakı vaxtı ilə gecə 01.10-da baş verib. Dənizçilər sudan çıxarılıb, lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.


Dənizçilərin necə və nə üçün gəminin göyərtəsindən suya düşdüyü açıqlanmır. Təlimlər sentyabrın 21-dək davam edəcək.

Interesting facts scroll top