» » Meksikada zəlzələ qurbanlarının sayı 65 nəfərə çatıb

Meksikada zəlzələ qurbanlarının sayı 65 nəfərə çatıb


Cümə günü Meksika sahillərində baş verən 8,2 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı azı 65 nəfərə çatıb.


ucarliyiq.biz xəbər verir ki, bu barədə ölkə prezidenti Enrike Penya Nyeto məlumat verib.


"Təəssüf ki, zəlzələ nəticəsində 65 nəfər həyatını itirib", — deyə o öz "Twitter" mikrobloqunda yazıb.


Bundan əvvəl ölkə başçısı Meksikada üç günlük matəm elan edib.

Interesting facts scroll top