» » Meşə yanğınları üzündən 5 minə yaxın kanadalı təxliyyə edilib

Meşə yanğınları üzündən 5 minə yaxın kanadalı təxliyyə edilib


Kanadanın Britaniya Kolumbiyası əyalətinin sakinləri meşə yanğınları səbəbindən təxliyyə olunmaq barədə göstəriş alıblar.


ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, artıq 4,8 min vətəndaş öz evini tərk edib, daha 11,6 min nəfər təxliyyə olunmağa hazırlaşır.


Meşə yanğınlarının ən iri ocaqları əyalətin cənubunda yerləşir, Kranbruk və İst-Kuteney şəhərləri yaxınlığındakı yanğın sahəsi 4,5 min hektardır. 200-dən çox yaşayış evi və başqa tikililər yanıb. Yanğınların söndürülməsinə Kanadanın şərqində yerləşən Nyu-Bransvik və Nyufaundlend və Labrador əyalətlərindən yanğınsöndürənlər cəlb olunub.

Interesting facts scroll top