» » Fransada naməlum şəxslər 4 nəfəri güllələyib

Fransada naməlum şəxslər 4 nəfəri güllələyib

Fransada naməlum şəxslər 4 nəfəri güllələyib
© Courtesy İmage

Fransanın şimalında naməlum şəxslər 2-i uşaq olmaqla, 4 nəfəri güllələyib.


ucarliyiq.bizun məlumatına görə, bu barədə "Le Parisien" xəbər verib.


Xəbərdə bildirilir ki, hadisə Uaz departamentində, dəmiryolu stansiyasında baş verib.


Həlak olanlar yerli sakinlərdən olan bir qadın və onun 3, 5 yaşlı uşaqlarıdır. Mətbuatın məlumatına görə, öldürülən 4-cü şəxs ailənin dostudur.


İlkin xəbərdə bildirilir ki, hadisəni törədənlər 2 nəfər olub. Onlardan biri qətldən sonra intihar edib. İkinci cinayətkar isə hadisə yerindən qaçıb. O, axtarışa verilib.


Hadisənin baş verdiyi ərazi əhatəyə alınıb. Stansiya ərazisində vertolyotla müşahidə aparılır, əraziyə silahlı jandarmlar cəlb edilib. 

Interesting facts scroll top