» » Ukraynada Saakaşvili barəsində cinayət işi qaldırılıb

Ukraynada Saakaşvili barəsində cinayət işi qaldırılıb


Ukrayna polisi qanunsuz olaraq ölkə ərazisinə keçdiyinə görə Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili barəsində cinayət işi açıb.


ucarliyiq.biz xəbər verir ki, bu barədə məlumat idarənin rəsmi saytında dərc olunub.


"Lvov polisi Ukrayna-Polşa sərhədində yerləşən "Şeqeni" buraxılış məntəqəsinin yaxınlığında baş verən hadisələrlə bağlı Məhkəməyə qədər araşdırmaların vahid reyestrinə Ukrayna Cinayət Məcəlləsinin 332-ci maddəsi üzrə (Şəxslərin Ukrayna dövlət sərhədindən qeyri-qanuni keçirilməsi) cinayət törədilməsi haqqında məlumat daxil edib", - deyə məlumatda bildirilir.


Orda həmçinin qeyd olunur ki, belə cinayətin törədilməsinə görə beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Interesting facts scroll top