» » Hindistan səfiri: "Azərbaycanla ticarət dövriyyəsi 2016-ci ildə 497 mln. dollar təşkil edib"

Hindistan səfiri: "Azərbaycanla ticarət dövriyyəsi 2016-ci ildə 497 mln. dollar təşkil edib"

Hindistan səfiri: "Azərbaycanla ticarət dövriyyəsi 2016-ci ildə 497 mln. dollar təşkil edib"
© Hindistan səfirliyi

Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib.


Hindistanın Azərbaycandakı səfirliyindən ucarliyiq.biza bildirilib ki, biznes-forumda "Maratha" tikinti biznesi Assosiasiyasının 50-dən çox şirkətinin nümayəndəsi, eləcə də Azərbaycandan olan iş adamları iştirak ediblər.


Forum Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalovun və Hindistanın Azərbaycandakı səfiri Sandjay Rananın sədrliyi ilə keçirilib.


Tədbirdə çıxış edən "Maratha" tikinti biznesi Assosiasiyasının prezidenti Qacendra Pavar qeyd edib ki, Hindistan nümayəndə heyətinin səfərinin məqsədi Azərbaycanda tikinti sahəsində infrastruktur imkanları ilə tanış olmaqdır. O, Hindistan tərəfinin əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.


Hindistanın Tikinti biznesi Assosiasiyasının baş katibi Sandip Kolatkar bildirib ki, Bakının memarlığı və inkişafı ilə təsirlənib.


Hindistan səfiri Sancay Rana öz növbəsində bildirib ki, Azərbaycan Hindistanın mühüm biznes tərəfdaşıdır. Onun sözlərinə görə, 2016-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 497 mln. dollar təşkil edib, bu il isə bu rəqəm 65% artıb. O, iki ölkə arasında Şimal-Cənub nəqliyyat dəhlizinin açılması ilə ticarətin səviyyəsinin daha da artacağına əminliyini bildirib.

Interesting facts scroll top