» » AMB-nin depozit hərracında tələb təklifi 5 dəfədən çox üstələyib

AMB-nin depozit hərracında tələb təklifi 5 dəfədən çox üstələyib

AMB-nin depozit hərracında tələb təklifi 5 dəfədən çox üstələyib
© Report.az

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.


“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 100 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 5,3 dəfə çox- 530,3 mln. manat təşkil edib.


Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 100 mln. manat cəlb olunub. Orta ölçülmüş faiz dərəcəsi isə illik 10,01% təşkil edib.

Interesting facts scroll top