» » Saakaşvili Lvovda mətbuat konfransı keçirəcək

Saakaşvili Lvovda mətbuat konfransı keçirəcək

Saakaşvili Lvovda mətbuat konfransı keçirəcək
© Report/ Orxan Əzim

Bakı. 11 sentyabr. REPORT.AZ / Odessa vilayətinin sabiq qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bü gün Lvovda siyasətçilərlə bir sıra görüşlər, həmçinin mətbuat konfransı keçirəcək. 


ucarliyiq.bizun "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Yeni Qüvvələrin Hərəkatı" partiyasının mətbuat xidmətindən bildiriblər.


"Hazırda Mixeil Lvovdadır. O, bu gün mətbuat konfransı, eləcə də siyasətçilər ilə bir sıra görüşlər keçirəcək ", - partiyanın mətbuat xidmətinin nümayəndəsi bildirib.


Bununla belə Gürcüstanın eks-prezidentinin görüşməli olduğu siyasətçilərin adları açıqlanmır.


Bir qədər əvvəl yayılan məlumata görə, vəkil Ukraynadan Saakaşvilini "müdafiəyə ehtiyacı olan" şəxs kimi tanınmağı xahiş edir.

Interesting facts scroll top