» » Saakaşvili Ukrayna polisini onun pasportunu oğurlamaqda ittiham edib

Saakaşvili Ukrayna polisini onun pasportunu oğurlamaqda ittiham edib

Saakaşvili Ukrayna polisini onun pasportunu oğurlamaqda ittiham edib
© РИА Новости / Алексей Витвицкий

Bakı. 11 sentyabr. REPORT.AZ / Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili bəyan edib ki, o, Ukrayna pasportunu Ukrayna ilə sərhəddə avtobusda saxlayıb, sonra isə polislər gəlib və pasportu oğurlayıb. 


Bu barədə ucarliyiq.biz xəbər verir.


"Mən dünən Polşa sərhədini Ukraynanın qanuni sənəd ilə keçdim, polyaklar ona ştamp qoydular, sonra qanunun tələb etdiyi kimi ukraynalıların yanına gəldim... İnsanlar məni əllərinin üstündə Ukraynaya keçirəndə, pasportumu avtobusda saxladım, sonra isə polislər gəlib, avtobusda axtarış edib və pasportu oğurlayıb", - Saakaşvili Ukrayna telekanallarının yayımladığı brifinqdə bildirib.


O qeyd edib ki, indi onun pasportu hüquq-mühafizə orqanlarındadır. Bununla yanaşı, o deyib ki, Ukrayna sərhədində baş verən insidentlə bağlı özünü cinayətkar saymır.


Ukrayna vətəndaşlığından məhrum edilmiş Saakaşvili dünən axşam tərəfdarlarının dəstəyi ilə "Şeqini" buraxılış məntəqəsində sərhədçilərin kordonlarından keçərək Polşadan Ukrayna ərazisinə gəlib.


Dövlət Sərhəd Xidmətinin rəhbərinin köməkçisi Oleq Slobodyan deyib ki, Saakaşvili Ukrayna sərhədini qanunsuz keçib, çünki sərhəd nəzarətindən keçməyib. Ona qarşı sərhədi qanunsuz keçmə haqqında iş açılıb.

Interesting facts scroll top